"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq"

"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq"
12:17 9 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Paris klubu evdə 4:0 məğlub etdiyi "Barselona"ya səfərdə 1:6 hesabıyla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra PSJ prezidenti Naser Əl-Xəlaifi bunları deyib:

"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq. Birinci hissədə futbol oynamadıq. İlk oyunda qazanılan nəticədən sonra 1:6 hesablı məğlubiyyəti qəbul etmək çətindir. İlk görüşdən sonra növbəti mərhələni düşünməyə başlamışdıq. Mümkün qədər yaxşı oynamaq istədik. 88-ci dəqiqədən sonra 3 qol buraxdıq. Futbolçularla görüşməmişəm, bunun üçün uyğun zaman deyil. Təbii ki, hər kəs bu sarsıntıdan sınıb. Özümüzə gəlməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR