İslamiadada iştirak edəcək futbol komandalarının adları açıqlanıb

İslamiadada iştirak edəcək futbol komandalarının adları açıqlanıb
12:27 9 Mart 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının iştirakçı komandaları açıqlanıb.
İslamiadanın Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, 8 kollektivin mübarizə aparacağı turnirdə ev sahibi Azərbaycan milli komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları çıxış edəcək. Hər bir ölkə 23 yaşadək futbolçulardan ibarət yığma ilə təmsil olunacaq. Lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 oyunçu da heyətdə yer ala bilər.
Püşk nəticəsində 8 komanda 2 qrupa bölünəcək. Qrup mərhələsinin oyunlarından sonra hərəsindən 2 ən güclü yığma yarımfinala yüksələcək. 1/2 final görüşlərinin qalibləri finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Qeyd edək ki, oyunlar "Bayıl Arena", "Dalğa Arena", "AZAL Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnirə mayın 8-də start veriləcək. Final qarşılaşması isə mayın 21-də Respublika stadionunda olacaq. Biletləri martın 19-dan etibarən "Bakı 2017"nin veb-saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiadada-istirak-edecek-futbol-komandalarinin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR