Berti Foqts Avroliqa püşkatmasını yolverilməz adlandırdı

Berti Foqts Avroliqa püşkatmasını yolverilməz adlandırdı
12:32 9 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts "Bild" nəşrinə açıqlamasında Almaniyanın "Borussiya" (Mönhenqladbax) və "Şalke", Belçikanın isə "Gent" və "Genk" komandalarının Avropa Liqasının 1/8 final mərhələsində bir-birinə rəqib olmalarına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, B.Foqts hesab edir ki, 16 komandanın iştirak etdiyi püşkatmada belə hal yolverilməzdir: "Avrokuboklarda ən azı yarımfinal mərhələsinədək eyni ölkənin iki komandasının bir-birinə rəqib olmasına imkan verilməməlidir. Almaniyadan kənarda bugünkü oyuna maraq olmayacaq. Azarkeşlər səbirsizliklə başqa ölkələrə səfər etməyi gözləyirlər. Lakin püşk onların bu istəkərinin həyata keçməsinə mane olur".

Bu gün 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" "Şalke"ni, "Gent" "Genk"i qəbul edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR