“Google” məhsullarında aşkarlanan boşluqlara görə mükafatların məbləği artırılıb

“Google” məhsullarında aşkarlanan boşluqlara görə mükafatların məbləği artırılıb
12:35 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Google” mütəmadi olaraq şirkətin məhsullarında boşluqların aşkarlanması üçün təqdim olunan mükafatların məbləğini artırır. Məsələn, bu günlərdə məlum olub ki, şirkət kodu məsafədən daxil etməyə və məlumat bazalarına girişi açmağa imkan verən səhvlərin aşkarlanması üçün pul mükafatını artırmaqla bağlı qərar qəbul edib.  

“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, bu yaxınlaradək mühafizədə məsafədən ixtiyari kodu yerinə yetirməyə imkan verən boşluqları aşkarlayan həvəskarlar üçün nəzərdə tutulan mükafatın məbləği 20 min dollar olub. Hazırda isə bu rəqəm 31337 dollaradək artırılıb. Bundan əlavə, “Google” əvvəllər məlumat bazalarına girişi açan səhvlərin aşkarlanması üçün mükafatın məbləğini 3 337 dollar artıraraq 13 337 dollara çatdırıb.

Həmçinin, internet nəhənginin nümayəndələri səhvləri aşkarlamaq arzusunda olanların sayının artmasını qeyd edirlər. Statistikaya görə, “Google” məhsullarında müxtəlif səhvləri daha çox Çin, ABŞ, Hindistan, Almaniya, Fransa, Rusiya və Kanada istifadəçiləri aşkarlayıb.  

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46531-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR