Türk diplomatları İsveçrəyə qaçdılar

Türk diplomatları İsveçrəyə qaçdılar
12:37 9 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Türk diplomatik pasportlarının bir neçə sahibi İsveçrədən sığınacaq istəyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Tages-Anzeiger" qəzeti yazıb.

Sığınacağa görə müraciət etmiş diplomatik pasportlu şəxslərin dəqiq sayı bildirilmir. Ölkələrdən heç birinin hakimiyyəti isə hələlik şərh vermək istəmir.

Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə hərbi qiyamçılar qrupu çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanıb. Qarşıdurmada 240-dan çox türk vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb və qiyam yatırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR