Bərdədə qəbirlərin sinə daşını oğurlayan şəxs saxlanılıb

Bərdədə qəbirlərin sinə daşını oğurlayan şəxs saxlanılıb
12:42 9 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bərdədə qəbirlərdən sinə daşı oğurlayan şəxs saxlanılıb.
"Report"un xəbərinə görə, hadisə Cəyirli və Güloğlu kənd qəbirstanlıqlarında qeydə alınıb.
Belə ki, hər iki qəbirstanlıqdan ümumi olaraq 2 ədəd mərmərdən olan sinə daşı və 2 ədəd mərmərdən olan güldan oğurlanıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirstanlıqlardan oğurluq etməkdə şübhəli bilinən Ceyhun Sultanov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-qebirlerin-sine-dasini-ogurlayan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR