Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında

Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında
12:43 9 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Londonun Kovent Qarden rayonunda yerləşən “St.Paul’s Church” kilsəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında video reportaj London LİVE televiziya kanalında yayımlanıb.

Xatırladaq ki, ənənəvi anım konserti bu ilin fevralın 24-də “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Anım konsertində soprano səsinə malik Selcan Nəsibli “Sevil” operasından “Sevil”in ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar Şopen və Raxmaninovun populyar əsərlərini ifa ediblər. Koncert fransız bəstəkarı Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb. Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib.

Musiqiçilərin gözəl ifası konsert iştirakçılarının yaddaşında uzun müddət qalacaqdır.

Sonda tədbir iştirakçılarının hər birinə bu möhtəşəm konsertin CD diski hədiyyə edilib.

Məlumat üçün bildirək ki, London LİVE (Canlı yayım) televiziya kanalı Böyük Londonda, həmçinin peyk və kabel vasitəsilə yayımlanır. Onun 200 minə yaxın tamaşaçı auditoriyası var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR