8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu - FOTO

8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu - FOTO
12:52 9 Mart 2017
249 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünən 8 Mart - Beynəlxalq Qadınlar Günündə Türkiyədə təcavüzdən son anda qurtulan hamilə qadın döyülüb, yol kənarına atılıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Qaziantepdə yaşayan S.G ötən gün Adanada yaşayan rəfiqəsigilə baş çəkib. Onlar axşam saatlarına qədər söhbətləşdikdən sonra S.G evinə getmək üçün avtovağzala yollanıb. 

Hamilə qadın avtobus gözləyən zaman avtomobillə olan 2 nəfər naməlum şəxs qadını zorla maşına mindiriblər. Onlar qadını zorlamaq istəyiblər. Lakin son anda fikirlərindən daşınıblar. Onlar 4 aylıq hamilə qadını döyüb, pullarını oğurlayıb, kimsəsiz məkana atıb, qaçıblar.

Yoldan keçənlər qadını görüb, polisə xəbər veriblər.

Qadını döyən şəxslərin kimliyi, hələ ki, məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR