Azərbaycandakı şirkətlərin IPO-ya cəlb edilməsi yaxın gələcəkdə mümkün olacaq

Azərbaycandakı şirkətlərin IPO-ya cəlb edilməsi yaxın gələcəkdə mümkün olacaq
13:02 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət göstərən şirkətlərin IPO-ya cəlb edilməsi yaxın gələcəkdə mümkün olacaq". 
"Report" xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Namazov jurnalistlərə deyib.
Onun sözlərinə görə, şirkətlər IPO edilməyə hazır olmalıdır: "Şirkətlər özləri buna hazır olmalıdır. Onları məcburən gətirib IPO etməyimiz bazar prinsiplərinə tamamilə zidd olardı. Hazırda şirkətlərin IPO edilməsi ilə bağlı ilkin danışıqlar var". 
V.Namazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) manatla istiqraz buraxması təklifinə də münasibət bildirib: "Bu istiqamətdə müəyyən işlər görülüb. Qərarı gərək qarşı tərəf versin. Bizim missiyamız bunu uğurla həyata keçirməkdir. Düşünürəm ki, bunun öhdəsindən uğurla gəlməyə qadirik. Texniki, hüquqi və təşkilati işləri artıq tamamlamışıq".
O, BFB-də 950-yə yaxın səhmdar cəmiyyətin səhmlərinin alqı-satqısının həyata keçirildiyini vurğulayıb: "Əslində bazar prizmasından baxdıqda istiqrazlara maraq getdikcə artır. Yəqin ki, SOCAR istiqrazlarının emissiyasının nə qədər uğurlu keçdiyini xatırlayırsınız".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandaki-sirketlerin-ipo-ya-celb-edilmesi-yaxin-gelecekde-mumkun-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR