5 tələbənin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI - FOTO

5 tələbənin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI - FOTO
13:05 9 Mart 2017
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ford-Tranzit" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

Yaralıların bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, dəhşətli qəzadan sağ çıxan tələbə Seymur Əmirov hadisənin təfərrüatlarını açıqlayıb.

"Hadisə Masazır körpüsünün üstündə baş verdi. Körpünün üstündə "ZİL" markalı yük maşını dayanmışdı. Sürücü "ZİL"-in dayandığı yerə iki daş qoymuşdu. Biz Sumqayıt istiqamətində hərəkətdə olarkən anidən sürücü mikroavtobusu sağa çəkdi. Bizim sürücümüz, deyəsən, daşları görmədi və "Ford" həmin yük maşınına dəydi. Bundan sonra ,demək olar ki, mikroavtobusun sağ tərəfi sıradan çıxdı. "Ford"un sağ tərəfində oturan tələbələr yola səpələndilər. Hadisə anidən baş verdi. Biz nə baş verdiyini bilmirdik. "Ford" dəmir maneəyə dəyəndən sonra dayandı. Biz aşağı düşüb, yaralıları "Ford"dan çıxarırdıq. Sağ qaldığımıza inana bilmirdik. Şüşələri sındırdıq, yaralıları çıxarıb maşına mindirdik. Mikroavtobusda 25-dən çox tələbə var idi. Tələbələrin çoxu rayon uşaqlarıdır", - qəzanın şahidi bildirib.

Qeyd edək ki, qəza nəticəsindəSumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürürü saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR