Neymardan yeni rekord: Həyatımın ən gözəl oyunu idi

Neymardan yeni rekord: Həyatımın ən gözəl oyunu idi
13:05 9 Mart 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Neymar yeni rekord müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı forvard buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında nail olub.

Belə ki, PSJ ilə dünənki görüşün qəhrəmanı olan "sambaçı" qollarla yanaşı, assist sayını da artırıb. 6:1 hesablı qələbənin memarı olan Neymar cari mövsüm ÇL-də məhsuldar ötürmələrinin sayını 8-ə yüksəldib. Bu isə Avropanın ən nüfuzlu klub turniri tarixində bir ilkdi.
 
Ulduz futbolçu dünənki zəfəri belə şərh edib: "Bu, həyatımın ən gözəl oyunudu. Matçın ssenarisi, qollar və komandanın uğuru: hər şey bir-birini tamamladı. Çox xoşbəxtəm. Hələ oyundan əvvəl deyirdik ki, istənilən rəqibi keçmək gücündəyik. Parisdəki yenilgiyə üzülsək də, təslim olmadıq. Serxi Robertonun qolunda isə ona özüm dedim ki, ora doğru hərəkət eləsin".
 
Qeyd edək ki, ilk görüşdə 0:4 hesabı ilə məğlub olan "Barselona" cavab matçında 5 top fərqi ilə (6:1) qələbə qazanaraq, 1/4 finala adlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR