Bakı metrosunda cinayətkar tutuldu

Bakı metrosunda cinayətkar tutuldu
13:12 9 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda oğurluq edən şəxslər tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacı Mehdiyev tutulub. Onun ətrafında Yasamal RPİ 27-ci PB  əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 22-də daha bir paytaxt sakininin mobil telefonunu oğurlaması da müəyyən edilib.
 
Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev də Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR