Ayaqqabı ayağınızı çox sıxır?

Türkiyəli mütəxəssislər yeni xəstəliyin əlamətləri ilə bağlı məlumat yayıb.

Metbuat.az bildirir ki, insanlarda ayaqların böyüməsi, barmaqların qalınlaşması "akromegali", yəni "nəhənglilik xəsətəliyi"nin əlaməti ola bilər. Bu xəstəliyin diaqnozunu əvvəlcədən qoymaq olduqca çətindir.

Ufuk Universitetində beyin və sinir cərrahiyyəsi mütəxəssisi professor Ersin Ərdoğan "akromegali"nin böyümə hormonlarının həddindən artıq ifraz olunması ilə bağlı ortaya çıxan klinik sindrom olduğunu deyib. Onun sözlərinə görə, bu xəstəliyin daşıyıcılarına dəqiq diaqnoz qoyulması 6-8 il müşahidə tələb edir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR