Beynəlxalq Muğam Mərkəzində Yel çərşənbəsinə həsr olunmuş konsert keçirildi

Beynəlxalq Muğam Mərkəzində Yel çərşənbəsinə həsr olunmuş konsert keçirildi
13:17 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində Yel çərşənbəsinə həsr olunmuş konsert keçirildi. Bu konsertdə tamaşaçıların qarşısında İrs folklor ansamblı çıxış etdi. Ansamblın bədii rəhbəri, əməkdar artist Nuriyyə Hüseynovadır. Tədbirin əvvəlində Novruz Novruzlu Dədə Gorgud obrazında tamaşaçıları salamladı və daha sonra əməkdar artist Nuriyyə Hüseynova çıxaraq müşaiyət edən musiqiçiləri təqdim etdi.

Ansamblın solistləri Qənimət Sultan, Novruz Novruzlu, Solmaz Kosayeva, Aşur Adigözəlov ve musiqiçilər Mikayil Mikayilov tarda, İlkin Yaqubov, bas tarda, Ceyhun Muradov kamançada, Cahandar  Mikayilov bas kamança, Xəyal Cəbraılov ud, Araz Fətəliyev balaban, Soltan Əliyev nağara, Eyvaz Həmidov davulda ifa ediblər.

Konsertdən sonra Nüriyyə xanım bildirdi: "Biz cox xoşbəxtik ki, Beynəlxalq Muğam Mərkəzinin Novruz Çərşənbələri layihəsində Yel çərşənbəsi konsertini İrs folklor ansamblı ilə birgə keçirdik. Tamaşaçılara xalq mahnılarımı, muğamlarımızı dinlətdik".

Beynəlxalq Muğam Mərkəzi öz tamaşaçılarına martın 9-u İncəsənət universiteti ilə birgə "Bayati-Şiraz dəstgahı" adlı konsert proqramı hazırlayıb. Klassik musiqi sevərləri isə 10 mart "Bahar Süitası" adlı konsertinı dəvət edir. Novruz bayramına həsr olunan konsertlərsə hələ qarşıdadır. 24 mart "Bahar nəğməsi" adlı konsertdə də gözəl muğam ifaları ilə muğamsevərləri başına toplayacaq. Maraqlananlar Beynəlxalq Muğam Mərkəzinin rəsmi facebook səhifəsinə daxil olub melumat ala bilərlər. Biletlər şəhərin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında.
 
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/524502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR