Qətər - Azərbaycan: Canlı yayım məsələsinə aydınlıq gəldi

Qətər - Azərbaycan: Canlı yayım məsələsinə aydınlıq gəldi
13:27 9 Mart 2017
332 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin bu gün Qətərlə keçirəcəyi oyun canlı yayımlanmayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.

Federasiya rəsmisi problemin Qətər tərəfindən qaynaqlandığını vurğulayıb. Sən demə, həmin ölkədə baş tutan yoldaşlıq görüşlərinin heç biri canlı yayımlanmır.
 
Nərimanoğlu qətərlilərin seçmə mərhələ çərçivəsində keçirəcəkləri növbəti qarşılaşmalar öncəsi taktikanı gizlətmək məqsədi ilə bu addımı atdıqlarını söyləyib: "Qətərlilərdə belə bir prinsip var ki, öz meydanlarında keçirdikləri yoxlama görüşlərini canlı yayımlamırlar. Bu, onlarda artıq ənənə halını alıb. Yəni, baş məşqçiləri belə tələb qoyub. O, rəsmi oyunlar öncəsi rəqiblərinin oyunlarını izləməsini istəmir".
 
AFFA nümayəndəsi yenə də ümidlərini üzmədiklərini deyib: "Qətər tərəfi ilə danışıqlardan belə başa düşdük ki, görüş canlı yayımlanmayacaq. Əgər onlar yayımı təşkil etsələr, o zaman Azərbaycan kanallarından da biri matçı canlı yayımlayacaq. Ancaq bunun reallaşmaq ehtimalı ən yaxşı halda 1 faizdi".
 
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər - Azərbaycan qarşılaşması Dohada yerləşən "Jassim bin Hamad" ("Əl-Sədd") stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR