Qətərli futbolçu: "Azərbaycan yığması düşünüldüyündən güclüdü"

Qətərli futbolçu: "Azərbaycan yığması düşünüldüyündən güclüdü"
13:37 9 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsindəki oyunlar öncəsi Azərbaycanla qarşılaşmaq çox vacibdi. Xüsusən də, İranla matçın hazırlığı baxımdan yaxşı sınaq olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Qətər millisinin yarımmüdafiəçisi Yasser Abubakar deyib.

Bu gün yoldaşlıq görüşü çərçivəsində yığmamızı qəbul edəcək Qətər millisinin üzvü meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Komandamız texnikalı oyununu maksimum həddə çatdırmağa çalışır. Həm texniki, həm də fiziki cəhətdən ən yaxşı formaya düşmək üçün Azərbaycanla oyun yerinə düşür. Seçmə mərhələdə İran və Özbəkistanla qarşılaşma bizim üçün çox önəmlidi. Bu səbəbdən də Azərbaycanla matçda yaxşı motivasiya qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizdən həm Azərbaycan, həm də İranla evdəki görüşdə bizi dəstəkləmələrini gözləyirik".
 
25 yaşlı futbolçu millimiz haqda da danışıb. O, Robert Prosineçkinin yetirmələrinin təhlükəli rəqib olduğunu düşünür: "Azərbaycan yığması düşünüldüyündən güclüdü. Son vaxtlar əldə etdikləri nəticələr onların hansı durumda olmalarından xəbər verir. DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüblər və final mərhələsi üçün iddialarını davam etdirirlər".
 
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər - Azərbaycan qarşılaşması Dohada yerləşən "Jassim bin Hamad" ("Əl-Sədd") stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR