Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün bütün xərclərini qarşı tərəf ödəyib

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün bütün xərclərini qarşı tərəf ödəyib
13:47 9 Mart 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü canlı yayımlanmayacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yayım ev sahibi Qətər Futbol Assosiasiyasının (QFA) istəyinə əsasən baş tutmayacaq. 
QFA yoldaşlıq oyununda iştirak üçün Azərbaycan millisinin bütün xərclərini qarşılayıb. Ərəblər oyunun yayımlanmasına razı olmayıblar.  
Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-qeterle-yoldasliq-gorusu-ile-elaqedar-butun-xerclerini-qarsi-teref-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR