Millimizin 2017 "siftə"si - YENİLƏNİR

Millimizin 2017 "siftə"si  - YENİLƏNİR
13:57 9 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

 Bu gün millimiz 2017-ci ildə ilk oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Dohada Qətərlə yoldaşlıq görüşünə çıxacaq.


 

Xorvat çalışdırıcı bu oyunda yalnız Azərbaycan birinciliyində çıxış edən futbolçuların xidmətindən yararlanacaq. Səbəb sadədi: oyun FİFA-nın rəsmi matçlar pəncərəsinə daxil deyil və bu üzdən ölkə xaricində top qovan milli üzvləri Prosineçkinin sərəncamına göndərilməyib. Hərçənd ali futbol qurumu bugünkü qarşılaşmanı rəsmi matçlar reyestrinə salıb. Yəni seçməmizin ərəblərlə sınağının nəticəsi reytinq baxımından işə yarayacaq.

 

Oyun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da baş tutacaq Azərbaycan – Almaniya görüşünə hazırlıq xarakterlidi. Kamran Ağayevsiz, Dmitri Nazarovsuz, Dəniz Yılmazsız, Ramil Şeydayevsiz yığmanın Asiya ölkəsinə aparılmasında məqsəd bəzi futbolçuları yenidən gözdən keçirmək, almanlarla oyunadək daha yaxşı heyət formalaşdırmaq imkanı qazanmaqdı.

 

Bu, Azərbaycanın Qətərlə ilk matçı deyil. Daha öncə Berti Foqtsun çalışdırdığı milli eyni məkanda sözügedən Asiya təmsilçisiylə qarşılaşıb. 2013-cü ildə mayın 29-da tarixin yaddaşına qovuşan görüş 1:1 hesablı heç-heçəylə başa çatmışdı. Meydan sahibləri penaltidən hesabı açmış, son vaxtlar seçməmizə dəvət almayan Rüfət Dadaşov 89-cu dəqiqədə tarazlığı bərpa etmişdi.


 

Yoldaşlıq oyunu

9 mart

 

20:00. Qətər – Azərbaycan

Doha. “Jassim bin Hamad” ( “Əl-Sadd”) stadionu

 

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-2017-quotsiftquotsi-t56799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR