​Bu ayın sonu, gələn aydan etibarən...

Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunlarla bağlı ölkəyə gələn turistlərin sayında artım yaşanacaq ki, bu da dollara təlabatı artıracaq.

İqtisadçı Vüqar Bayramov Metbuta.az-a açıqlamasında bildirir ki, Mərkəzi Bankın birbaşa manatın məzənnəsinin tənzimlənməsini həyata keçirməsi inandırıcı deyil:

"Mərkəzi Bankın federal məzənnə siyasətinə keçidi ondan ibarət idi ki, məzənnəni bazar tənzimləsin. Təbii ki, Mərkəzi Bankın intervensiya imkanları qalıb və gələcəkdə də intervensiya edə bilər. Rusiya, Qzaxıstan, hətta Türkiyənin mərkəzi bankları intervensiya edir. Amma sözsüz ki, İslam Oyunları, eləcə də Azərbaycanda “Formula 1”-in keçirilməsi manata və dollara olan təbata təsir göstərir”.

İqtisadçı qeyd etdi ki, əslində manatın məzənnəsinə təsir edən aylar var:

"Yay aylarında xaricə gedən vətəndaşların sayında artım olur. Bu baxımdan dollara təlabat artacaq. Bu ayın sonu, gələn aydan etibarən isə dollara tələbin artacağını proqnozlaşdırırıq. Amma manatın məzənnəsinin necə dəyişəcəyi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki bankların müdaxiləsi çoxdur. Söhbət Mərkəzi Bankdan deyil, kommersiya banklarından gedir. Xatırlayırsınızsa, bir müddət əvvəl rəsmi məzənnə 1,92-yə qalxdı. Fevral ayının əvvəllərində isə 1,74-ə qədər aşağı düşdü. Çünki kommersiya banklarının təsir imkanları artıb. Kommersiya bankları məzənnədə dəyişikliklər etməklə, dollar alqı-satqısına təsir etməyə çalışırlar. Amma dolların tələbin aratacağı gözlənilir. Bunun isə məzənnəyə təsir göstərməsi birbaşa kommersiya banklarının müdaxilə səviyyəsində asılı olacaq”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR