"Barselona"nın sabiq prezidenti üzmək vədini yerinə yetirdi - FOTO

"Barselona"nın sabiq prezidenti üzmək vədini yerinə yetirdi - FOTO
14:22 9 Mart 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya "Barselona"sının sabiq prezidenti Xuan Qaspar Kataloniya klubu futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Aralıq dənizində üzəcəyinə dair verdiyi sözü yerinə yetirib. 

Milli.Az report-a istinadən xəbər verir ki, 73 yaşlı sabiq funksioner "Barselona"nın 1/8 final mərhələsinin ilk oyununda Fransada PSJ klubuna 4 cavabsız qolla uduzmasına rəğmən, evdə 6:1 hesabı ilə qalib gələrək mərhələ adlamasından sonra bu addımı atıb.

X.Qaspar bildirib ki, su soyuq olsa da, vədinə əməl etməyi lazım bilib. Onun sözlərinə görə, matçın 62-ci dəqiqəsində PSJ-nin hücumçusu Edinson Kavani hesabı 3:1 etdikdə "Barselona"nın ÇL-lə vidalaşacağını düşünüb: "Su soyuq idi. Ancaq söz vermisənsə, tutmalısan. Kavani qol vurandan sonra düşündüm ki, artıq tapşırığın öhdəsindən gəlmək olmayacaq. Lakin futbol belədir".

Qeyd edək ki, Xuan Qaspar 2000 - 2003-cü illərdə "Barselona"nın prezidenti olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR