Maskerano: "Sözsüz, Di Mariaya qarşı qaydanı pozmuşdum"

Maskerano: "Sözsüz, Di Mariaya qarşı qaydanı pozmuşdum"
14:32 9 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın PSJ-ni 6:1 hesabıyla məğlub edərək 1/4 finala vəsiqə qazanması fonunda Paris klubunun hakimlikdən şikayəti davam edir.

Katalonların müdafiəçisi Xavyer Maskeranoun açıqlaması bu məsələni daha da qızışdıra bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu matçın 85-ci dəqiqəsində Ter Şteqenlə təkbətək çıxan həmyerlisi Di Mariaya qarşı cərimə meydançası daxilində qaydanı pozduğunu etiraf edib.

"Sözsüz, Di Mariaya qarşı qaydanı pozmuşdum. Amma PSJ-ni mübarizədən buna görə kənarlaşdırmadıq. Möhtəşəm oynadıq. Futbolda yaşadığım ən gözəl gecələrdən biri idi".

Hesabın hələ 3:1 olduğu əmin epizodda oyunun baş hakimi Deniz Aytekin penalti təyin etməmiş, "Barselona" futbolçuları isə Di Marianın yerdə qalmasına rəğmən oyunu davam etdirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR