Azərbaycanlı Avropa çempionu taylandlı rəqibə qarşı

Azərbaycanlı Avropa çempionu taylandlı rəqibə qarşı
14:42 9 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Martın 11-də Taylandın paytaxtı Bankok şəhərində Super Muaytay Liqası start götürür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı WTK versiyasında Avropa çempionu, İFMA versiyası üzrə Avropa kubokunun ikiqat bürünc mükafatçısı Alid Məmmədzadə təmsil edəcək. Döyüşçümüz ilk mərhələdə yerli idmançı Ploenşit Bancameklə qarşılaşacaq.

Azərbaycan Muay Tay Federasiyası və "Raiq Muay Tay" klubunun üzvü Alid Məmmədzadə turnirə məşqçi Şəhriyar İsayevin rəhbərliyi altında hazırlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR