Tiaqo Silva: "PSJ ¼ finala çıxmağa layiq deyildi"

Tiaqo Silva: "PSJ ¼ finala çıxmağa layiq deyildi"
14:47 9 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Bu məğlubiyyəti izah etmək çətindi. Biz futbol oynamadıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ klubunun müdafiəçisi Tiaqo Silva deyib.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona"nı 4:0 hesabı məğlub edən PSJ cavab matçında 1:6 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
 
Matçla bağlı danışan Paris klubunun kapitanı maraqlı fikirlər səsləndirib. O, komandasının növbəti mərhələyə adlamağa layiq olmadığını deyib: "PSJ ¼ finala çıxmağa layiq deyildi. Düşünürəm ki, qapımıza təyin edilən penalti ədalətsiz idi. Amma bu bizə bəhanə gətirməyə haqq qazandırmır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR