"Səni başqasına vermərəm" deyib boğazını kəsdi

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Bodrum şəhərində yaşayan Mərt Toprak adlı şəxs keçmiş həyat yoldaşı Gizəm Olğunun boğazını kəsib. Ayrıldıqlarına baxmayaraq, keçmiş həyat yoldaşını izləyən və başqa kişilərlə görüşməsinə mane olan Mərt, növbəti belə hadisə zamanı Gizəmlə mübahisə edib. Bundan sonra isə onu başqa kişiyə verməyəcəyini bağıran Mərt keçmiş həyat yoldaşının boğazını kəsib. Polis hadisəni nəzarətə götürüb. Təfərrüatlarla bağlı araşdırma aparılır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR