""Barselona" futbolçuları mənə dedi ki, hər şey bitdi"

""Barselona" futbolçuları mənə dedi ki, hər şey bitdi"
14:57 9 Mart 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti "Barselona" məğlubiyyətini (1:6) şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan futbolçu bunları deyib:

"Kavaninin qolundan sonra bir az sakitləşdik. Qoldan sonra "Barselona" futbolçuları mənə dedi ki, hər şey bitdi. 7 dəqiqəyə 3 qolu necə buraxdığımızı bilmirəm. Bu oyunu heç vaxt yaddan çıxarmayacam. Ümid edirəm, bu, hamımız üçün dərs olacaq.

"Barselona" növbəti mərhələyə layiq idi. Ötürmə verməkdə çətinlik çəkirdik. Rəqib birinci hissədə bizə ciddi təzyiq göstərdi. İndi bizi çətin dövr gözləyir. Başımızı qaldırmaq üçün özümüzdə güc tapmalıyıq. İradəmizi saxlamaq lazımdır. Hər birimiz sarsılmışıq. 1:6 uduzsaq da, günah hakimdə deyil. Əsas məsuliyyət məhz bizim üzərimizdədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR