ABŞ orudusu hücuma hazırlaşır

Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyaya yeni hərbi qüvvələr göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Bildirilir ki, aralarında xüsusitəyinatlıların da olduğu yüzlərlə hərbçi Rakka şəhərinin ətrafına yerləşdiriləcək. Onlar mümkün Rakka əməliyyatı zamanı İŞİD mövqelərinə top atışları həyata keçirəcək. İrimiqyaslı hücumların yaxın günlərdə başlayacağı gözlənilir.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR