Almaniyada İranın xeyrinə casusluqda şübhəli bilinən pakistanlı mühakimə edilir

Almaniyada İranın xeyrinə casusluqda şübhəli bilinən pakistanlı mühakimə edilir
15:22 9 Mart 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Almaniyada İranın xeyrinə casusluqda şübhəli bilinən Pakistan vətəndaşı mühakimə olunur.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, 31 yaşlı Heydər Seyid Mustafa Almaniyadakı yəhudilər və İsrailin hədəfi ilə bağlı informasiya toplamaqda şübhəli bilinir. O, Berlində fəaliyyət göstərən Almaniya-İsrail Assosiasiyasının keçmiş başçısı Reynhold Robbe, eləcə də Fransa və İsrail vətəndaşı Daniel Roahe, habelə Paris universitetlərindən birinin professoru haqqında məlumatı İrana ötürməkdə ittiham olunur.
Almaniya prokurorluğu bildirib ki, Heydər Seyid Mustafa onların fotolarını, həmin şəxslərlə bağlı video-yazıları, ailələri, yaşadıqları yer haqqında və s. məlumatları İran kəşfiyyatına verməkdə şübhəli bilinir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/almaniyada-i-ranin-xeyrine-casusluqda-subheli-bilinen-pakistanli-muhakime-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR