Şəmkirdə dəhşətli qəza: NƏNƏ və NƏVƏ ÖLDÜ

Şəmkirdə dəhşətli qəza: NƏNƏ və NƏVƏ ÖLDÜ
15:42 9 Mart 2017
450 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir-Gədəbəy yolunda qəza baş verib, ölənlər var.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Yasamal aşırımlarında, Şəmkirin Qasımalılar kəndi ərazisində Gədəbəydən Şəmkir istiqamətində hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü Elzaməddin Vəliyev və sərnişini, nənəsi Vəzifə Vəliyeva hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/524576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR