Türkiyə "Forex" əməliyyatlarına qadağa qoyacaq

Türkiyə "Forex" əməliyyatlarına qadağa qoyacaq
15:47 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/Türkiyənin "Kapital Bazarlarına Nəzarət"(SPK) qürumu ölkədən kənarda həyata keçirilən "Forex" əməliyyatlarına qadağa qoymağa hazırlaşır. "Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Vahdəddin Ərtaş açıqlama verib.
Bir qədər əvvəl "Forex" bazarına minimum 50 min lirə (13 300 ABŞ dolları) limit və 1:10 leverec əmsalı tətbiq etmək qərarı alan SPK, indi də qurumun nəzarəti altında olmayan ölkədən kənar əməliyyatlara qadağa qoymağa hazırlaşır. Qurumun almağa hazırlaşdığı yeni qərarlarla SPK-nın Türkiyədə fəaliyyət üçün lisenziya almayan broker şirkəti kimi vəsait toplamaq qadağan ediləcək.
Qeyd edək ki, bir qədər əvvəl İstanbul Birjası İdarə Heyətinin sədri Himmət Qaradağ bildirmişdi ki, "Forex" əməliyyatlarının qumardan heç bir fərqi yoxdur. Xatırladaq ki, "Forex" əməliyyatları vasitəsilə külli miqdarda vəsait ölkədən kənara axır. Belə ki, birja rəhbərinin fikrincə "Forex" əməliyyatları bazarında investorların bağladığı əqdlərinin 95%-i zərər və ya məmnuniyyətsizliklə nəticələnirsə, bu, sağlam proses deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-forex-emeliyyatlarina-qadaga-qoyacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR