Türkiyə Prezident Administrasiyası Almaniya kanslerinə cavab verib

Türkiyə Prezident Administrasiyası Almaniya kanslerinə cavab verib
15:52 9 Mart 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ “Angela Merkel haqlıdır. Bəzi məsələlərdə, xüsusilə terrora qarşı mübarizədə Türkiyə ilə Almaniya arasında dərin fikir ayrılığı var”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
“Türkiyənin Avropa İttifaqına üzv olmasının qarşısını Almaniyanı alması üzücüdür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı olanların körüklənməsi üzücüdür. Çox düşündürücü bir mənzərə yaranıb. Türkiyədə konstitusiyaya düzəliş və dəyişikliklə bağlı keçiriləcək referendumun lehinə səs toplanmaması üçün Avropa İttifaqı dövlətlərinin bəzilərinin fəaliyyət göstərdiklərini görürük. Türkiyəyə qarşı olan bir çox qruplaşmalara qucaq açan ölkələrin “Referendum prosesini bizim ölkəyə gətirməyin” deyənlərin davranışı çox düşündürücüdür. Terrorçu qruplaşmalara qapıları açdıqları halda siyasilərə mane olmaları çox üzücü haldır. Avropanın bəzi ölkələrinin bu məsələlərlə bağlı vəziyyəti tragikomediyadır”, - deyə o vurğulayıb.
Türkiyə rəsmiləri iddia edirlər ki, Almaniya hökuməti terrorçu PKK tərəfdarlarının ölkə ərazisində fəaliyyət göstərməsinə hər cür şərait yaradır, hətta onların Türkiyəyə qarşı fəaliyyət göstərməsinə mane olmur.
Almaniya kansleri Angel Merkel ölkə parlamentindəki çıxışında bildirib: “Türkiyə ilə Avropa İttifaqı və Almaniya arasında dərin fikir ayrılığının olduğunu indi hiss edirik”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezident-administrasiyasi-almaniya-kanslerine-cavab-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR