Bakıda idman gimnastikası üzrə Dünya kubokunun iştirakçılarının yoxlama məşqi keçirilib - FOTO

Bakıda idman gimnastikası üzrə Dünya kubokunun iştirakçılarının yoxlama məşqi keçirilib - FOTO
16:17 9 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya kubokunun iştirakçılarının yoxlama məşqi keçirilib.

Yoxlama məşqləri ilə yanaşı tamaşaçılara azərbaycanlı bədii gimnastların yeni proqramları nümayiş etdirilib. Burada Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, eləcə də böyüklərdən və yeniyetmələrdən ibarət qrup komandaları çıxış edib. Bədii gimnastlar bir sıra beynəlxalq yarışlara, o cümlədən aprel ayında Bakıda keçiriləcək Dünya Kuboku mərhələsinə və may ayında Macarıstanda keçiriləcək Avropa Çempionatına hazırlaşır.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Milli.Az Trend-ə istinadən məşqlərdən fotoreportajı təqdim edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








































Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR