Sabirabad sakininin "marixuana əməliyyatı"

Sabirabad sakininin "marixuana əməliyyatı"
11:37 7 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda narkotiklərlə tutulan Sabirabad sakininin rayondakı evindən də marixuana tapılıb
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov ətrafında davam etdirilən araşdırmalar zamanı rayonun Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bir gün əvvəl yayılan məlumatda bildirilirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR