Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş

Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş
16:52 9 Mart 2017
250 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub.

Milli.Az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı lent.az-a bildirib ki, qəzaya uğrayan "Ford Tranzit" qanunsuz fəaliyyət göstərib və xidmət tərəfindən fərqlənmə nişanı və marşrut kartı ilə təmin edilməyibmiş.

Ş.Mehmanqızı "Bu məsələlərlə  yol polisi məşğul olur, yəni qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı onlar tədbir görməlidir", - deyə əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR