Ermənilər Qarabağa görə Bakıya GƏLİR

Ermənilər Qarabağa görə Bakıya GƏLİR
16:53 9 Mart 2017
167 Digər
Ölkə mətbuatı
A- A+

Publika.az xəbər verir ki, martın 14-də “Holiday İnn Baku” hotelində saat 09:30-da “Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

“Azeri.today”ın məlumatına görə, konfransda müxtəlif ölkələrdən 40-dan artıq alim və siyasətçi iştirak edəcək.

Beynəlxalq konfrans tarixi məsələlərə, beynəlxalq dialoqun genişlənməsinə, sülh təşəbbüslərinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məqsədilə Ermənistan-Azərbaycan dialoquna həsr olunacaq.

Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Kanadadan, Ukraynadan, İsveçdən, Özbəkistandan olan alimlər, siyasətçilər və ictimai xadimlər, həmçinin, erməni xadimləri və tədqiqatçıları iştirak edəcək. Konfrans “Qafqazın tarixi mərkəzi” ictimai birliyi tərəfindən təşkil edilir.

Qeyd edək ki, 2016-cı ilin 6 dekabr tarixində Ermənistan və Azərbaycanın ictimai xadimlər qrupu Bakıda “Ermənistan və Azərbaycan arasında sülh Platforması”nı təsis ediblər. Son aylarda Platformaya çoxsaylı erməni fəal qoşulub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR