Samuxda özünü güllələyən 16 yaşlı qızın anası intihara cəhd etdi

Samuxda özünü güllələyən 16 yaşlı qızın anası intihara cəhd etdi
16:54 9 Mart 2017
225 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Samux rayonunda özünü ov tüfəngi ilə vuraraq öldürən qızın anası intihara cəhd edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, özünü güllələyən 16 yaşlı Billi Ələkbərovanın anası, 1963-cü il təvəllüdlü İradə Ələkbərova qızının ölümündən sonra kimyəvi məhlul içib. O, dərhal Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

 

***

 

Samuxda özünü güllələyən şəxsin kimliyi müəyyənləşib.

 

APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub. Yeniyetmə qız aldığı xəsarətdən ölüb.

 

Fakt araşdırılır.

 

***

 

12:10

 

Samux rayonunda güllələnmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 16 yaşlı qız özünü güllələyib. O, hadisə yerində ölüb. 


Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR