AMB hərraca çıxardığı notların 18,7%-ni sata bilib

AMB hərraca çıxardığı notların 18,7%-ni sata bilib
17:37 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının ümumi həcmi - 50 mln. manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 9 371 300 AZN təşkil edib.Sifarişlər 98,8879 AZN (14,9947%) və 98,9200 AZN (14,5572%)qiymətində təqdim edilmişdir. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,8879 AZN (14,9947%), orta ölçülmüş qiyməti –98,9025 AZN (14,7957%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 9 371 300 manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi aprelin 5-di.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-herraca-cixardigi-notlarin-18-7-ni-sata-bilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR