Bakıda dünyanın ilk qadın kosmonavtına həsr olunmuş fotosərgi açılıb

Bakıda dünyanın ilk qadın kosmonavtına həsr olunmuş fotosərgi açılıb
17:47 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) dünyanın ilk qadın kosmonavt Valentina Tereşkovaya həsr olunmuş "Qızın adı Qağayıdır" adlı fotosərgi açılıb.
Bu barədə "Report" RİMM-ə istinadən xəbər verir.
Sərgidə V.Tereşkovanın həyat yolunun bəzi mərhələlərini - yeniyetməlik illərini, məşqlər dövrünü, kosmik uçuş zamanını, Yerə qayıtdıqdan sonra ilk səhər yeməyini, dostlarla, kosmonavtlarla birgə olduğu anları, istirahət anlarını və s. əks etdirən nadir fotoşəkillər nümayiş etdirilir.
Açılış mərasimində həmçinin V.Tereşkovaya həsr olunmuş sənədli film nümayiş olunub.
Xatırladaq ki, martın 6-da V.Tereşkova 80 illik yubileyini qeyd edib.





Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-dunyanin-ilk-qadin-kosmonavtina-hesr-olunmus-fotosergi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR