Məhməd Akif Ərsoyu anım günü keçiriləcək - BAKIDA

Məhməd Akif Ərsoyu anım günü keçiriləcək - BAKIDA
17:47 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı Yunus Emre İnstitutu türk milli şairi Məhməd Akif Ərsoyun əsərlərini, ədəbi anlayışı və türk ədəbiyyatına tövhələrini 15 mart 2017 tarixində saat 17.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "İstiqlal və İstiqbal Şairi Məhməd Akif Ərsoyu Anım Günü" adlı ədəbi-bədii gecə ilə yad edəcək.

Məhməd Akifin yaymağa çalışdığı ruh, Anadolunu sıradan bir torpaq parçası olmaqdan çıxarıb onu uğrunda canlar fəda edilə bilən bir vətən halına gətirən ruhdur. Çanaqqalanı, Sakaryanı, İzmiri, Afyonu, Ardahanı və bütün vətəni ayrılmaz bir vücud kimi bir-birinə bağlayan ruhdur!

Çanaqqala bir keçid dövrünün adıdır Türk tarixində... Milli şairimiz Məhməd Akif Ərsoyun adı da Çanaqqala zəfəri ilə bərabər çəkilməkdədir. Bu proqramımızda, Məhməd Akif Ərsoy mövzusunda çıxışların ardından aktyorlar tərəfindən şeirlər və türkülər səslənəcək və kölgə tamaşası ilə proqram davam edəcək.

Proqram:

Azərbaycan Himni/Türkiyə Milli Marşı

(Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagirdlərindən ibarət xor qrupu)

Çıxışlar

Erkan Özoral - Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Hikmət Babaoğlu - Millət vəkili

Musa Qasımlı - Millət vəkili

İbrahim Yıldırım - Bakı Yunus Emre İnstitutu müdiri

İstiqlal Marşı -

Bakı Türk Anadolu Liseyi şeir oxuma yarışmasının birincisi

Video nümayişi - (3 dəq.)

(Məhməd Akif Ersoyun həyatı və yaradıcılığı)

Şeir -

Səsləndirən: Pərviz Məmmədrzayev

Piano: Sevinc Tofiqqızı

Türkü - Çanaqqala içində vurdular məni

Novruz Novruzlu və Savalan Grupu

Şeir - Çanaqqalq Şəhidlərinə (M. Akif Ersoy)

Səsləndirən: Ali İhsan Çevik

Kölgə tamaşası (8 dəq.)

Xoreoqrafiya: Pərviz Məmmədrzayev

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/524674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR