Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA

Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA
17:57 9 Mart 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.

Bundan başqa, A.Filiz ötən ilin mayında meyiti tapılmış müəllimə Fatma Kayıkçını qətlə yetirməkdə günahlandırılır.

Ötən ilin iyununda tutulan qatil Yunanıstana qaçmağa hazırlaşdığını bildirmişdi.

Qeyd edək ki, A.Filiz Yaxın Şərq Texniki Universitetinin Biologiya fakültəsində doktorluq dərəcəsi almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR