"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK

"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK
17:57 9 Mart 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, sərnişindaşıma həyata keçirən  "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Fəciəyə səbəb olan mikroavtobusa Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq metronun "Memar Əcəmi" stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR