ABŞ ağır artilleriya göndərdi – BÖYÜK ƏMƏLİYYAT BAŞLAYIR

ABŞ ağır artilleriya göndərdi – BÖYÜK ƏMƏLİYYAT BAŞLAYIR
17:58 9 Mart 2017
146 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyanın şimalında 400 dəniz piyadaçısı yerləşdirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Əl-Məsdər” nəşri bildirb.

Daha əvvəl isə “Associated Press” agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün bölgəyə təxminən 200 dəniz piyadaçısı və ağır artilleriya yerləşdirib.

“Əl-Məsdər” qeyd edir ki, Amerika dəniz piyadaçıları hazırda “Suriya Demokratik Gücləri”ni əməliyyata hazırlayır. Amerika rəsmilərinin sözlərinə görə, Rakkanın azad edilməsi üzrə döyüş ssenarisi İraqın Mosul şəhərinin azad edilməsi üzrə əməliyyatın ssenarisinə oxşar ola bilər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR