Bakıda İslamiadaya dair diplomatik brifinq keçirilib

Bakıda İslamiadaya dair diplomatik brifinq keçirilib
18:12 9 Mart 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bulvar Oteldə 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.
Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə Bakıda keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.
Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq, onlara Oyunlar haqqında məlumat verib və bu ilin 12 - 22 mayında Bakıda gerçəkləcək IV İslam Həmrəyliyi Oyunlarının son yenilikləri haqqında danışıb: “Əminik ki, IV İslam Həmrəyliyi Oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu Oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Bu səbəbdən, Oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.
Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, IV İslam Həmrəyliyi oyunları zamanı Azərbaycana təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzi edəcəyik".







Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bakida-i-slamiadaya-dair-diplomatik-brifinq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR