Putin Qarabağ masasını niyə qurur? – MARAQLI SƏBƏB

Putin Qarabağ masasını niyə qurur? – MARAQLI SƏBƏB
18:18 9 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ zonasında gərgin hadisələr vaxtaşırı təkrarlanacaq”.

Publika.az
xəbər verir ki, bu barədə “Karnegi” fondunun Rusiya mərkəzinin eksperti, şərqşünas Aleksey Malaşenko deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayana qədər qarşıdurma davam edəcək: “Bu gün nizama salınması üçün ilkin şərt yoxdur. Tərəflər öz ənənəvi siyasətini davam edəcək”.

Malaşenko hesab edir ki, Krımdan, Donetskdən və Suriyadan sonra Dağlıq Qarabağda da vəziyyətin dalan girməsi Rusiyanın diskreditasiyasına (nüfuzdan düşməsi) aparır.

“Məhz bu səbəb görə, Rusiya tərəfləri danışıqlar masasına qaytarmağa çalışır. Bununla yanaşı, Moskva ATƏT-in Minsk qrupunda amerikalı və fransız həmkarları ilə həmrəylik nümayiş etdirir. Çünki danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda Rusiyanın nüfuzunun itirilməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR