Milli Məclisin komitə sədri Berlinə səfər edəcək

Milli Məclisin komitə sədri Berlinə səfər edəcək
18:37 9 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev bu gün Almaniyanın paytaxtı Berlinə səfərə gedəcəklər.
Bu barədə “Report”a parlamentdən məlumat verilib.
Bildirilib ki, millət vəkilləri Almaniya Bundestaqında olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.
Səfər martın 15-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-komite-sedri-berline-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR