ABŞ neft-qaz hasilatı üçün 300 min kv.km. yeni sahə ayırıb

ABŞ neft-qaz hasilatı üçün 300 min kv.km. yeni sahə ayırıb
18:42 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ Daxili İşlər Nazirliyi Meksika körfəzində neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi üçün 73 mln. akr və ya 295,4 min kv. km. sahənin icarəyə verilməsi barədə planlarının olduğunu bildirib. 
"Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin press-relizində məlumat verilib. Nazirliyin mətbuat katibi Rayan Zinke (Ryan Zinke) deyib ki, çox sayda federal torpaqların və su sahələrinin neft və qaz yataqlarının qazılması üçün ayrılması Prezident Donald Trampın iqtisadi siyasətində əsas yeri tutur: "Buna səbəb ABŞ-ı energetika sahəsində müstəqil ölkəyə çevirməkdir".
Xatırladaq ki, torpaq sahələrinin icarəyə verilmə tarixi avqustun 16-da müəyyən edilib. Qazma işlərindən sonra ABŞ-ın 0,2-1,1 mlrd. barel neft və 118 mlrd. kub metr qaz əldə edəcəyi gözlənilir. Hökümət toplam 13 725 torpaq sahəsini icarəyə verəcəyini açıqlayıb. Sahələrin sahildən 230 mil uzaqlıqda olacağı və 3-3400 metr dərinliyi əhatə edəcəyi olacağı bildirilib.
Torpaq sahələrinin icarəyə verilməsi, 2017-2022 kontinental şelfin işlənib hazırlanması dövlət proqramının ilk mərhələsi olacaq. Ümumilikdə, Meksika körfəzində ildə 2 dəfə olmaqla 10 icarə kampaniyasının həyata keçirilməsi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-neft-qaz-hasilati-ucun-300-min-kv-km-yeni-sahe-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR