Türkiyənin qızıl-valyuta ehtiyatları 1,2 mlrd. dollar azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 1,2 mlrd. dollar azalıb
19:12 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 25 fevral - 3 mart həftəsində 1,217 mlrd. ABŞ dolları və ya 1,14% azalaraq 105,883 mlrd. dollar təşkil edib.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 637 mln. dollar və ya 3,98% artaraq 16,648 mlrd. dollar , valyuta ehtiyatları isə 1,854 mlrd. dollar və ya 2,04% azalaraq 89,235 mlrd. dollara çatıb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 18,48% artıb, valyuta ehtiyatları isə 3,06% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,94% artıb.
Qeyd edək ki, Türkiyədə hesabat həftəsində qeyri-rezidentlər qiymətli kağızlar bazarında 25,5 mln. dollarlıq alım həyata keçirib. Onlar 133,5 mln. dollarlıq səhm alıb, 99,4 mln. dollarlıq dövlət istiqrazı və 9,4 mln. dollarlıq özəl sektor istiqrazı satıb, 0,8 mln. dollarlıq repo investisiyası ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyenin-qizil-valyuta-ehtiyatlari-1-2-mlrd-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR