Kartofun qabığını soyub bişirənlər

Tərəvəzlərin qabıqlarını soymağa adət etmişik. Ancaq mütəxəssislərin fikrincə, bu, düzgün deyil. Çünki bəsləyici maddələrin əksəriyyəti məhz elə qabıqda toplanır.

Metbuat.az-ın məlumatına görə, dietoloq Məri Ceyn Detroyer tərəvəz qabıqlarının faydalarını izah edib. Onun sözlərinə görə, xüsusilə də rəngli qabığa malik tərəvəzlər əsl lif mənbəyidirlər. Məsələn, xiyarın yaşıl qabığı antioksidant və K vitamini ilə zəngindir.


Kartof qabığının faydaları

Kartofun qabığı isə kartofun özündən daha çox dəmir, kalsium, potasium, maqnezium, B6 və C vitamini ehtiva edir. Bu səbəbdən də Detroyer kartofu qabığı ilə birlikdə bişirməyi məsləhət görür.

Eyni zamanda, kartofun qabığındakı antioksidantlar sərbəst radikallarla mübarizə aparmağa yardımçı olur. Ürək xəstəliklərinin əsas səbəblərindən bir də məhz sərbəst radikalların artıqlığıdır.

İnsanların əksəriyyəti böcək preparatlarından qorxduğu üçün kartofun qabığını soymağa üstünlük verir. Detroyer kartofu yaxşı yumaqla bu problemi həll etməyi təklif edir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR