“Gənclərin antinarkomaniya klubu” layihəsinin yekun konfransı - FOTOLAR

“Gənclərin antinarkomaniya klubu” layihəsinin yekun konfransı - FOTOLAR
19:38 9 Mart 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

4 mart 2017-i il tarixində Sumqayıt şəhəri Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan “Gənclərin antinarkomaniya klubu” layihəsinin yekun konfransı keçirilib.

Publika.az xəbər verir ki, ilk öncə çıxış edən layihə rəhbəri Nəzər Atayev layihə müddətində keçirilən seminarlar, görülən işlər və Gənclər Fondu haqqında geniş məlumat verib.

Layihə müddətində sosial şəbəkələrdə layihə haqqında elanlar verilmiş, iştirakçılar cəlb olunmuşdur. Layihə çərçivəsində keçirilən ilk seminar təlimçi ekspert Emil Maqalovun təqdimatında, ikinci seminar həkim psixiatr Əziz Mustafayevin təqdimatında, üçüncü seminar isə Nəzər Atayevin təqdimatında həyata keçirilib. Layihənin yekun tədbiri olan konfransda iştirakçıların fikir və təklifləri təqdim olunub və münasibət bildirilib. Konfransın sonunda layihə müddətində fəallıq göstərən iştirakçılara sertifikat verilib.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR