Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var”

Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var”
19:47 9 Mart 2017
310 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ “Ermənistan ordusunun yenidənqurmaya və ciddi islahatlara ehtiyacı var”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Qrant Baqratyan bildirib.
"2016-cı ilin aprel döyüşləri göstərdi ki, keçmiş konsepsiya işə yaramır. Biz daimi müharibə təhlükəsi şəraitində yaşamağa məcburuq. Ona görə də bütün müdafiə sistemində dəyişikliyə ehtiyac var” - o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın 40-a yaxın şəhər və kəndi hərbiləşdirilmiş yaşayış məntəqəsinə çevirliməlidir.
Qrant Baqratyan 1958-ci ildə Yerevanda anadan olub. 1993-cü il fevralın 18-dən 1996-cı il noyabrın 4-dək Ermənistanln baş naziri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanin-kecmis-bas-naziri-ordunun-ciddi-islahatlara-ehtiyaci-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR