Ter Şteqen bütün PSG futbolçularını geridə qoydu

Ter Şteqen bütün PSG futbolçularını geridə qoydu
19:47 9 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

"Marca" nəşri "Barselona" - PSG (6:1) oyununa aid maraqlı statistikanı açıqlayıb. Statistikaya göstərir ki, dəqiq ötürmələrin sayına görə katalonların qolkiperi Mark-Andre Ter Şteqen PSG futbolçularını qabaqlayır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 ötürmə edən alman qapıçı rəqibin ən çox ötürmə verən futbolçular - Marko Verratti və Markinyosu (26) geridə qoyub. Ümumilikdə PSG - 183, "Barselona" isə 514 dəqiq ötürmə verib. Meydan sahiblərinin heyətində Pike və Maskerano (72) ötürmələrin sayına görə seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR